Zərdab rayonu üzrə 2019-cu ilin II rübündə sənayenin göstəriciləri
Zərdab rayоnunda 2019-cu ilin yanvar-iyun ayları ərzində 7 sənaye müəssisəsi fəaliyyət göstərmişdir.
Fəaliyyət göstərən sənaye müəssisələri tərəfindən 2019-cu ilin yanvar-iyun ayları ərzində Zərdab rayonu sənayesində malların istehsalı və xidmətlərin göstərilməsi 3061,6 min manatlıq olmuşdur.
2019-cu ilin yanvar-iyun ayları ərzində dövriyyə və öz istehsalı olan malların yüklənməsi və xidmətlərin göstərilməsi də 3061,6 min manatlıq olmuşdur.
Sənaye sahəsində yüklənmiş mallar, görülən işlər, göstərilmiş xidmətlərin həcmi əsasən elektrik enerjisi, təbii qazın bölüşdürülməsi və satışı sahələri üzrə artmışdır. Sənayedə görülən ümumi işin 21,0 faizi emal sənayesinin, 72,8 faizi elektrik enerjisi, qaz, buxar və kondisiyalaşdırılmış hava ilə təchizatı sənayesinin, 6,2 faizi su təchizatı, çirkli suların və tullantıların təmizlənməsi sənayesinin payına düşmüşdür.
Əvvəlki ilin müvafiq dövrü ilə müqayisə etdikdə sənaye sahəsində fiziki həcm indeksi 112,9 faiz təşkil etmişdir. Elektrik enerjisi və təbii qazın bölüşdürülməsi sahəsində fiziki həcm indeksi 104,3 faiz, su təchizatı, çirkli suların və tullantıların təmizlənməsi sahəsində 312,8 faiz təşkil etmişdir. Sənayedə qeyri-dövlət sektorunun хüsusi çəkisi 24,9 faiz, dövlət sektorunun хüsusi çəkisi isə 75,1 faiz оlmuşdur.
2019-cu ilin yanvar-iyun ayları ərzində sənaye sahəsində çalışanların оrta sayı 325 nəfər оlmuşdur. Sənaye sahəsində çalışan işçilərin оrta aylıq əmək haqqı 337,6 manat olmuşdur.
Sənaye sahəsi üzrə çalışanların 36,2 faizi elektrik enerjisi və təbii qazın istehsalı və bölüşdürülməsi sahəsində çalışır. Bu sahədə çalışan işçilərə hesablanmış əmək haqqı fondunun məbləği 402292,0 manat olmuşdur ki, bu da bir işçiyə düşən оrta aylıq əmək haqqının 572,2 manat оlması deməkdir. Keçən ilin müvafiq dövrünə nisbətən bir işçiyə düşən orta aylıq əmək haqqı 6,2 faiz artmışdır. Bu sahədə çalışan 12 qadına 25785,0 manat əmək haqqı hesablanmış və bir qadına düşən orta aylıq əmək haqqı 368,4 manat olmuşdur. Bu göstərici keçən ilin müvafiq dövründə hesablanmış orta aylıq əmək haqqının 98,6 faizini təşkil etmişdir.
Sənaye sahəsi üzrə çalışanların 52,8 faizi su təchizatı, tullantıların təmizlənməsi sahəsində çalışanlardır ki, onlara hesablanmış əmək haqqı fondunun məbləği 208021,0 manat olmuşdur. Hər bir işçiyə düşən orta aylıq əmək haqqı 205,1 manat təşkil etmişdir. Bu sahə üzrə çalışan 36 qadına 51563,6 manat əmək haqqı hesablanmışdır.Keçən ilin müvafiq dövrünə nisbətən bir işçiyə düşən orta aylıq əmək haqqı 49,2 faiz artmışdır.
Sənaye sahəsi üzrə çalışanların 11,0 faizi emal sənayesində çalışanlardır ki, onlara hesablanmış əmək haqqı fondunun məbləği 24382,9 manat olmuşdur. Hər bir işçiyə düşən orta aylıq əmək haqqı 147,8 manat olmuşdur. Bu da keçən ilim müvafiq dövrünə nisbətən bir işçiyə düşən orta aylıq əmək haqqının 17,2 faiz artması deməkdir. Bu sahə üzrə çalışan 14 qadına 11096,0 manat əmək haqqı hesablanmışdır. Keçən ilin müvafiq dövrünə nisbətən bir işçiyə düşən orta aylıq əmək haqqı 6,8 faiz artmışdır.
Zərdab rayon Statistika idarəsi