Şriftin ölçüsü :

Saytın rəngi :

Zərdabda tələbələrlə görüş keçirildi

30 avqust 2019 | 16:00

Zərdab rayonunda 2019-cu ildə ali məktəblərə qəbul olmuş tələbələrlə görüş keçirilib. Görüş iştirakçıları əvvəlcə Ümummilli liderimiz Heydər Əliyevin abidəsini ziyarət ediblər.
Rayonda təhsil sahəsinin inkişafı ilə bağlı video-çarx nümayiş etdirilib. Görüşdə çıxış edən Zərdab Rayon İcra Hakimiyyətinin başçısı cənab Lütvəli Babayev ölkə Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində son illər respublikamızın bütün regionlarında olduğu kimi Zərdab rayonunda da təhsilin inkişafı istiqamətində görülmüş işlərdən danışıb. Qeyd edilib ki, hazırda rayon ərazisində 44 təhsil müəssisəsi fəaliyyət göstərir. Onlardan 27-si üçün yeni bina tikilib və əsaslı təmir edilib. Rayon üzrə 11 nəfər müəllim “Əməkdar müəllim” fəxri adına layiq görülüb, 7 nəfər müəllim “Tərəqqi” medalı ilə təltif olunub. “Ən yaxşı ümumtəhsil müəssisəsi” adını 3 məktəb, “İlin ən yaxşı müəllimi” adını 1 nəfər müəllim qazanıb.
2007-ci ildə ali məktəblərə 49 nəfər qəbul olduğu halda, 2019-cu ildə bu göstərici 183 nəfər olub. Son 11 il ərzində ali məktəblərə 1612 nəfər qəbul olub ki, onlardan 51 nəfəri 600-dən çox bal toplayıb. 2 nəfər Prezident təqaüdünə layiq görülüb. 3 nəfər orta məktəbi qızıl, 1 nəfər gümüş medallarla bitirib.
Tədbirdə çıxış edənlər ölkəmizdə təhsilin inkişafına göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya  öz minnətdarlıqlarını bildiriblər.
Yüksək balla ali məktəblərə daxil olmuş tələbələrə qiymətli hədiyyələr, rayonda təhsilin inkişafındakı fəal iştirakına görə bir qrup təhsil işçilərinə isə Fəxri Fərmanlar təqdim olunub.
Görüş konsert proqramı ilə davam etdirilib.

© Materiallardan istifadə edərkən istinad olunmalıdır.

Keçidlər