Şriftin ölçüsü :

Saytın rəngi :

“ŞAHİN” HƏRBİ İDMAN OYUNLARININ RAYON BİRİNCİLİYİ KEÇİRİLDİ

17 mart 2013 | 16:00

16 mart 2013-cü il tarixdə Zərdab rayon Gəlmə kənd tam orta məktəbinin bazasında “Şahin” hərbi idman oyunlarının rayon birinciliyi keçirilib. Birincilikdə rayonun 25 tam orta məktəbi olmaqla 300 nəfərə yaxın gənc iştirak edib. Yarışın təntənəli açılış mərasimində Zərdab Rayon İHB-nın birinci müavini Allahverdi Səfərov çıxış edərək belə yarışların keçirilməsinin vacibliyindən, yeniyetmə və gənclərimizdə hərbi-vətənpərvərlik ruhunun yüksəldilməsində böyük rolunun olmasından danışıb.
Rayon birinciliyində I yeri Zərdab şəhər 2 saylı tam orta məktəbinin komandası, , II yeri Gəlmə kənd tam orta məktəbinin komandası, III yeri isə Zərdab şəhər 1 saylı  məktəb-liseyinin komandaları tutublar. Qaliblərə Zərdab Rayon Gənclər və İdman İdarəsinin diplom və qiymətli hədiyyələri verilib.
“Şahin” hərbi idman oyunlarının keçirilməsində məqsəd yeniyetmələrin hərbi vətənpərvərlik tərbiyəsi işinin daha da gücləndirilməsi, orta məktəb şagirdlərinin hərbi idman oyunlarına geniş cəlb etməklə onların ordu sıralarında xidmətə hazırlanmasından ibarətdir.

Keçidlər