Şriftin ölçüsü :

Saytın rəngi :

Zərdab rayonu üzrə bitkiçilik məhsullarının istehsalı

11 sentyabr 2019 | 16:00

Azərbaycanda  aqrar sektora dövlət tərəfindən qoyulan investisiyalar ilbəil artır. Yeni texnikalar alınır, dövlət tərəfindən subsidiyalar ayrılır, aqroxidmət sahələri yaradılır, güzəştli şərtlərlə gübrə, yanacaq, lizinqlər verilir. Sahibkarlara güzəştli şərtlərlə verilən kreditlər hesabına yeni aqrar istehsal sahələri yaranır. Bunun nəticəsində ölkəmizdə aqrar sektorda məhsul istehsalının artması yeni emal müəssisələrinin yaradılması tələbatını ortaya qoyur. Aqrar sahəyə göstərilən qayğı və dəstəyin nəticəsində ölkədə kənd təsərrüfatı məhsullarının istehsalında artım mövcuddur.
01 sentyabr 2019-cu il tarixə  rayon üzrə payızlıq və yazlıq dənli və dənli paxlalı bitkilərin (qarğıdalısız) əkin sahəsi 19482.7 hektar olmuş, bu sahələrin 18904.7 hektarından 62830.1 ton məhsul toplanmışdır ki, (hər hektardan məhsuldarlıq 33.2 sentner) toplanmış məhsul  keçən ilin müvafiq dövrü ilə müqayisədə 2638.7 ton çoxdur.
641.6 hektar dən üçün qarğıdalı sahələrinin 66.6 hektarı biçilmiş və bu sahələrdən 398.5 ton məhsul toplanmışdır. Hər hektardan məhsuldarlıq 59.8 sentner olmuşdur.
01 sentyabr 2019-cu il tarixə  rayon üzrə 88.0 hektar şəkər çuğunduru (emal üçün) sahələrinin 32.0 hektarı biçilmiş və bu sahələrdən 298.8 ton məhsul toplanmışdır. (hər hektardan məhsuldarlıq 93.4 sentner).
Rayon üzrə əkilmiş 205.3 hektar kartof sahələrinin 205.3 hektarından  3964.7 ton məhsul toplanmış, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 94.7 ton çoxdur.  Tərəvəz sahələrindən 2950 ton məhsul toplanıb ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 195 ton çox olmuşdur.
01 sentyabr 2019-ci il tarixə 204 hektar bostan sahələrinin 6777 ton məhsul toplanmışdır. Rayon üzrə  meyvə və giləmeyvə bağlarından 1424.5 ton məhsul toplanıb ki, keçən ilin müvafiq dövründəkindən 260.3 ton çoxdur.
Hazırda kənd təsərrüfatı məhsullarının toplanışı sürətlə davam etdirilir.

Zərdab rayon Statistika İdarəsi

Keçidlər