Şriftin ölçüsü :

Saytın rəngi :

İCRA BAŞÇISI YOL İNŞAATÇILARINI TƏBRİK ETDİ

20 mart 2013 | 16:00

 

Novruz bayramı münasibətilə Zərdabda silsilə tədbirlər keçirilir. Bayram ərəfəsində Zərdab rayon ictimaiyyətinin bir qrup nümayəndəsi Zərdab-Yuxarı Seyidlər-Siləyli avtomobil yolunun tikintisində çalışan inşaatçılarla görüşüb.
Rayon İcra Hakimiyyətinin başçısı cənab Lütvəli Babayev yol inşaatçılarını xalqımızın əziz bayramı olan Novruzun gəlişi münasibətilə təbrik edib, onlara ən xoş arzularını bildirib. Natiq qeyd edib ki, rayonda mühüm sosial layihələr həyata keçirilir. Şəhərin su və kanalizasiya sistemi əsaslı şəkildə yenidən qurulur, kəndlərimiz qazlaşdırılır, yeni məktəb binaları tikilir, rayonun enerji təsərrüfatı yenidən qurulur, yaşayış binalarının dam örtükləri təzələnir, şəhər 3 saylı uşaq bağçası əsaslı təmir olunur.
Rayon rəhbəri tədbir iştirakçılarına məlumat verib ki, Prezident İlham Əliyevin 2012-ci ildə ayırdığı 5,4 milyon manat vəsait hesabına 8 kəndin 10000 nəfərə qədər əhalisinə xidmət göstərən Zərdab-Yuxarı Seyidlər-Siləyli avtomobil yolunun 10,5 km-lik hissəsi əsaslı şəkildə yenidən qurulub. Xeyli genişləndirilən yolda 5 keçid körpüsü inşa edilib. 200-ə qədər yol nişanı quraşdırılıb. Hazırda Nazirlər Kabinetinin sərəncamı ilə 2013-cü ildə ayrılan 6,4 milyon manat vəsait hesabına yolun qalan hissəsi əsaslı təmir edilir, yolun yatağı hamarlanır, 6 metr genişləndirilir. Yaxın günlərdə bu hissəyə birinci qat asfalt örtük vurulacaq. İndiyə kimi 40-a qədər keçid körpüsündən 30-u inşa olunub.
Görüşdə kənd sakinləri çıxış edərək sosial problemlərin həllinə görə dövlət başçısı cənab İlham Əliyevə minnətdarlıq ediblər.
Bayram toplantısında 10 nəfər yol inşaatçısına Zərdab Rayon İcra hakimiyyəti tərəfindən Fəxri Fərman və qiymətli hədiyyələr təqdim olunub.
Görüşdə Zərdabın musiqi kollektivləri konsert proqramı ilə çıxış ediblər. Baharı tərənnüm edən mahnılar tədbir iştirakçılarına xoş ovqat bəxş edib.

Keçidlər