Şriftin ölçüsü :

Saytın rəngi :

Zərdabda profilaktiv maarifləndirmə tədbiri keçirilmişdir

24 oktyabr 2019 | 16:00

“Azərbaycan Qadınları Respublika Cəmiyyəti”  İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə 24 oktyabr 2019-cu il tarixdə Zərdab rayonunda  “Regionlarda qaçqın, məcburi köçkün, şəhid, tənha qocalar  və aztəminatlı ailələrə tibbi yardım və profilaktik maarifləndirmə” layihəsi çərçivəsində tədbir  keçirilmişdir. Rayon Mərkəzi Xəstəxanasında tibb elmləri doktoru, “Nərgiz” Klinikasının baş həkimi Məlahət Qəhrəmanovanın, USM həkimi Sevda Əliyevanın, həkim nevroloq Könül Nəcəflinin, dermotoloq  Könül Hüseynovanın, psixoloq Lamiyyə Tahirovanın, Vertebroloq Tofiq Abdullayevin,  “Bizim Dövr” jurnalının baş redaktoru, Ailə Məsələləri üzrə ekspert, psixoloq, Respublika Cəmiyyətinin sədr müavini Vəfa Abbasovanın iştirakı ilə rayonun qaçqın və məcburi köçkün, şəhid, Qarabağ əlilləri, tənha qocalar  və aztəminatlı ailələrindən olan 300-ə yaxın xəstə müayinə olunmuş, bəzilərinə isə  təbii üsullarla dərman bitkilərindən hazırlanmış çaylar təqdim edilmişdir. Bir ailədən olan 3 uşaq yenidən müayinə və müalicə olunması üçün “Nərgiz” Klinikasına dəvət etmişdir.
Həmin layihə çərçivəsində tibbi müayinədən sonra “Azərbaycan Qadınları Respublika Cəmiyyəti” İctimai Birliyinin sədri Bahar Qasımovanın və digər qonaqların iştirakı ilə Zərdab şəhər 1 saylı məktəb liseydə yeniyetmə və gənclərin, müəlim və şagirdlərin, məktəb direktorları, psixoloqların iştirakı ilə profilaktiv maarifləndirmə tədbiri keçirilmişdir.

Keçidlər