Şriftin ölçüsü :

Saytın rəngi :

2019-cu ilin 9 ayında pərakəndə ticarət dövriyyəsi 2,7 % artıb

30 oktyabr 2019 | 16:00

2019-cu ilin 9 ayında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 2,7 faiz üstələyərək 57995.0 min manat olmuşdur. Ticarət dövriyyəsinin 33006.9 min manatını (56,9%) ərzaq məhsulları, içkilər və tütün məmulatları, 24988.1 min manatını (43,1%) qeyri-ərzaq məhsulları təşkil etmişdir.
Hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkələrində xərclədiyi vəsaitin 53,7 faizi ərzaq məhsullarının, 3,2 faizi içkilər və tütün məmulatlarının, 9,2 faizi toxuculuq məhsulları, geyimlər və ayaqqabıların, 5,7 faizi elektrik mallarının, 4,9 faizi avtomobil yanacağının, 1,7 faizi əczaçılıq və tibbi malların, 1,1 faizi mebellərin, 0,9 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 19,6 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunmuşdur.
2019-cu ilin 9 ayında istehlak məhsullarının 8,3 faizi hüquqi şəxs statuslu müəssisələr, 91,7 faizi fiziki şəxslər tərəfindən satılmışdır. Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 109.14 manat və ya 2018-ci ilin müvafiq göstəricisindən nominal ifadədə 1.9 manat çox olmuşdur.

Zərdab Rayon Statistika İdarəsi

Keçidlər