Əhaliyə göstərilən ödənişli xidmətlər haqqında
2019-cu ilin yanvar-sentyabr aylarında Zərdab rayonu üzrə əhaliyə göstərilən ödənişli xidmətlərin ümumi həcmi 11122,0 min manat olmaqla keçən ilin müvafiq dövri ilə müqayisədə 271,8 min manat və ya 2,5% artmışdır. Xidmətlərin 26,6 faizi hüquqi şəxslər, 73,4 faizi isə fiziki şəxslər tərəfindən yerinə yetirilmişdir.
Əhaliyə göstərilən ödənişli xidmətlərdən ümumi həcmdə məişət xidməti 1491,0 min manat olmaqla ötən ilin müvafiq dövri ilə müqayisədə 2,1%, iaşə dövriyyəsinin həcmi 1433,6 min manat olmaqla ötən ilin müvafiq dövri ilə müqayisədə 2,1% artmışdır.
Əhaliyə göstərilən ödənişli xidmətlərin ümumi həcmindən hüquqi şəxslər tərəfindən göstərilən xidmətlər 2961,7 min manat (98,0 faiz dövlət mülkiyyəti, 2,0 faiz qeyri dövlət mülkiyyəti) olmuşdur. Hüquqi şəxslər tərəfindən göstərilən xidmətlərin 2890,0 min manatı iri müəssisələrin, 71,7 min manatı isə kiçik müəssisələrin payına düşür.
Zərdab Rayon Statistika İdarəsi