Şriftin ölçüsü :

Saytın rəngi :

Zərdabda yeni ailə quran gənclər öz nikahlarını Heydər Əliyev Mərkəzində rəsmiləşdiriblər

09 noyabr 2019 | 16:00

Zərdabda Dövlət Bayrağı Günündə yeni ailə quran gənclər nikahlarını şəhərdəki Heydər Əliyev Mərkəzində rəsmiləşdirmişlər.
Gənclər əvvəlcə Heydər Əliyev parkında Ulu Öndərin abidəsini ziyarət edərək önünə gül-çiçəklər qoymuş, əziz xatirəsini ehtiramla anmışlar.
Sonra Heydər Əliyev Mərkəzində ümummilli liderin həyat və fəaliyyətini əks etdirən stendlərlə tanış olmuşlar.
Nikahları rəsmiləşdirilən gənclərə təntənəli surətdə şəhadətnamələr təqdim edilmişdir.
Rayon İcra Hakimiyyətinin rəhbərliyi adından yeni ailə qurmuş gənclərə və onların valideynlərinə gözaydınlığı verilmiş, qiymətli hədiyyələr təqdim olunmuşdur.

 

Keçidlər