ZƏRDABDA KONSTİTUSİYA GÜNÜ QEYD OLUNDU
12 noyabr Konstitusiya Günü münasibətilə Zərdabda ümumrayon tədbiri keçirilib. Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri qoyublar. Tədbirin rəsmi hissəsi Rayon İcra Hakimiyyətində Azərbaycan Respublikasının dövlət himni ilə başlayıb.
Rayon Məhkəməsinin hakimi Tahir Qubadov Konstitusiya günü ilə bağlı məruzə ilə çıxış edib. Qeyd olunub ki, Müstəqil Azərbaycanın Konstitusiyası dahi şəxsiyyət Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər Heydər Əliyevin bilavasitə təşəbbüsü və rəhbərliyi ilə işlənib hazırlanmış və 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş ilk milli Konstitusiyanın dövlətçilik tariximizdə yeni bir mərhələ açdığı tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.