Şriftin ölçüsü :

Saytın rəngi :

Zərdabda dəyirmi masa təşkil olunub

15 noyabr 2019 | 16:00

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Aran Regional Mərkəzinin təşkilatçılığı ilə Zərdab şəhərində “Fövqəladə halların baş verdiyi ərazilərdən əhalinin müvəqqəti olaraq köçürülməsi, maddi və mənəvi sərvətlərin evakuasiya (təxliyyə) edilməsi tədbirlərinin və digər təxirəsalınmaz tədbirlərin planlaşdırılması və həyata keçirilməsində nazirliyin struktur bölmələri və müvafiq icra hakimiyyəti orqanları ilə birlikdə fəaliyyəti” mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə Rayon Fövqəladə Hallar Komissiyasının üzvləri, inzibati ərazi dairələri üzrə nümayəndələr, bələdiyyə sədrləri və Regional Mərkəzin əməkdaşları iştirak ediblər. 
Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Fövqəladə Hallar Komissiyasının sədri Rəhman Feyzullayev, Aran Regional Mərkəzinin Mülki Müdafiə İdarəsinin rəisi Elşən Bəşirov, Fövqəladə Halların Monitorinqi və Proqnozlaşdırılması sektorunun müdiri Elçin Quliyev, Mülki Müdafiə İdarəsinin mülki müdafiəyə hazırlıq şöbəsinin rəisi Xəqani Əliyev çıxış edərək icra hakimiyyəti orqanları ilə Aran Regional Mərkəzinin iş təcrübəsi-problemlər, istifadə olunmamış imkanlar, perspektivlər və mülki müdafiə tədbirlərinin planlaşdırılması, vaxtında keyfiyyətlə həyata keçirilməsi, fövqəladə hallar zamanı qarşılıqlı fəaliyyətin təşkilinin mövcud vəziyyəti, problemlərin həll yolları, Zərdab rayonu ərazisində fövqəladə hal zonalarında, əsasən də Kür və Türyançay çayları boyunca yerləşmiş yaşayış məntəqələrində aparılmış monitorinq işləri və mövcud vəziyyət barədə məlumat veriblər.

Keçidlər