Şriftin ölçüsü :

Saytın rəngi :

“Ölkəmizi tanıyaq” tur aksiyasında Zərdab rayonundan iştirak edəcək məktəblilər yola salınıblar

18 noyabr 2019 | 16:00

Zərdab rayonunun ümumtəhsil məktəblərinin şagirdlərindən ibarət 40 nəfərlik qrup noyabrın 18-də “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində yola salınıb. Ölkə Prezidenti cənab İlham Əliyevin tövsiyəsi ilə reallaşan bu layihə məktəblilər, valideynlər, ümumən rayon ictimaiyyəti tərəfindən böyük minnətdarlıqla qarşılanıb. Əvvəlcə tur-aksiya iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər. Yolasalma mərasimində Rayon İcra Hakimiyyəti başçısını birinci müavini Rəhman Feyzullayev çıxış edərək layihənin dövlətimizin başçısının yetişməkdə olan nəslə diqqət və qayğısının nəticəsi olduğunu söyləyib. Vurğulayıb ki, tur-aksiyanın yeniyetmələrin vətənpərvərlik tərbiyəsində, onların istirahətinin səmərəli və mənalı təşkilində xüsusi əhəmiyyəti var.
Tədbirdə digər çıxış edənlər gənc nəslin tərbiyəsinə göstərilən böyük diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıq ediblər. 

Keçidlər