Şriftin ölçüsü :

Saytın rəngi :

"Azərsu" ASC-nin sədrinin birinci müavini Teyyub Cabbarov Zərdab və Bərdə rayonlarından olan vətəndaşları qəbul edib

18 noyabr 2019 | 16:00

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu ilin noyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədrinin birinci müavini Teyyub Cabbarov noyabrın 18-də Zərdab rayonunda Zərdab və Bərdə rayonlarından olan sakinləri qəbul edib.
Qəbuldan əvvəl “Azərsu” ASC-nin sədrinin birinci müavini Teyyub Cabbarov və  Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstəsi düzərək Ulu Öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər.
Zərdab rayonu Heydər Əliyev Mərkəzində keçirilən qəbulda vətəndaşların müraciətlərini dinləyən “Azərsu” ASC-nin sədr müavini müraciətlərin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verib. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerində həll olunub, araşdırılmasına ehtiyac olan müraciətlər nəzarətə götürülüb.
Sakinlər bölgələrdə vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını dilə gətirərək, göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Keçidlər