Şriftin ölçüsü :

Saytın rəngi :

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədr müavini Bəhram Xəlilov Zərdab rayonunda vətəndaşları qəbul edib

06 dekabr 2019 | 16:00

2019-cu il dekabrın 6-da DİM Direktorlar Şurasının sədr müavini Bəhram Xəlilov Zərdabda şəhər və rayonlarda vətəndaşların mərkəzi icra hakimiyyəti və digər qurumların rəhbər şəxsləri tərəfindən qəbulu cədvəlinə uyğun olaraq vətəndaşları qəbul edib.

Zərdab rayonunda keçirilən qəbulda Zərdab, Füzuli və Beyləqan rayon sakinləri və bu rayonlarda məskunlaşmış qaçqın və məcburi köçkünlər iştirak ediblər.

DİM Direktorlar Şurasının sədr müavini görüşdən əvvəl ümummilli lider Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzüb.

Görüşdə əsasən dövlət qulluğuna qəbul, vakant dövlət qulluğu vəzifələri, namizədlərlə müsahibələrin keçirilməsi, ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu və digər məsələlərlə əlaqədar vətəndaşlar tərəfindən müraciətlər edilib.

Vətəndaşlara müraciətləri ilə bağlı ətraflı izahat verilib, DİM-in səlahiyyətlərinə aid olan bir çox məsələlər yerindəcə həll edilib. Digər müraciətlərin araşdırılması və baxılması üçün qeydiyyatı aparılıb.

Qeydiyyatdan keçənlərlə yanaşı görüş zamanı birbaşa müraciət edən vətəndaşlar da B.Xəlilov tərəfindən dinlənilib və onların müraciətlərinin həlli üçün müvafiq tədbirlər görülüb.

Keçidlər