Zərdabda Ümummilli liderimiz Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım tədbirləri keçirilib
Zərdab rayonunda Ümummilli liderimiz Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım tədbirləri keçirilib.
11 dekabr 2019-cu il tarixdə bağça uşaqları və ümumtəhsil məktəblərinin şagirdləri Ulu Öndərin abidəsini ziyarət ediblər.
Bu gün isə ümumrayon anım tədbiri keçirilib. Rayon rəhbərliyi, əmək kollektivlərinin üzvləri, ictimaiyyət nümayəndələri Ulu Öndərin abidəsini ziyarət ediblər. Heydər Əliyev Mərkəzindəki eksponatlarla tanış olublar, divar qəzetlərinə baxış keçirilib. Ümumrayon anım tədbirində çıxış edən Zərdab Rayon İcra Hakimiyyətinin başçısı cənab Mərdan Camalzadə “Heydər Əliyev müstəqil, demokratik, dinamik inkişaf edən Azərbaycan dövlətinin memarı və qurucusudur” mövzusunda nitq söyləyib. Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən video-çarx nümayiş etdirilib.