Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə tərəfindən vətəndaşların səyyar qəbulu keçirilib
15 yanvar 2020 | 16:00
Zərdab rayonunun Körpükənd kəndində Rayon İcra Hakimiyyəti başçısının səyyar qəbulu keçirilmişdir.
Qəbula gələn vətəndaşların müraciətləri dinlənilmiş, onları narahat edən məsələlərin aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görülmüşdür. Həlli vacib olan problemlərin dərhal, digərlərinin isə araşdırılaraq qanuna uyğun formada aradan qaldırılması üçün yerli icra və bələdiyyə orqanlarına, əlaqədar təşkilat rəhbərlərinə icra başçısı tərəfindən müvafiq tapşırıqlar verilmişdir.