Şriftin ölçüsü :

Saytın rəngi :

20 YANVAR FACİƏSİNİN 30-CU İLDÖNÜMÜ İLƏ BAĞLI ZƏRDABDA ÜMUMRAYON ANIM MƏRASİMİ KEÇİRİLDİ

20 yanvar 2020 | 16:00

Zərdab Rayon İcra Hakimiyyətində təsdiq edilmiş tədbirlər planına uyğun olaraq 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı ümumrayon anım mərasimi keçirilib.
Rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş divar qəzetlərinə və əl işlərindən ibarət sərgiyə baxış keçirib, daha sonra Şəhidlərin Xatirə parkında abidə önünə güllər qoyublar.
Tədbirdə rəsmi hissə ölkəmizin müstəqilliyi uğrunda şəhid olmuş vətən övladlarının ruhuna dualar verilməsi ilə başlanılıb.
Rayon İcra Hakimiyyətinin başçısı cənab Mərdan Camalzadə anım mərasimində çıxış edərək bütün zərdablılar adından Vətən yolunda canlarından keçən şəhidlərimizə Ulu Yaradandan rəhmət, ailələrinə səbir diləyib. Mərasimdə kompozisiya nümayiş etdirilib. Saat 12:00-da rayon ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, avtomobillər və gəmi vasitəsilə səs siqnalları verilib. Rayonun idarə, müəssisə və təşkilatlarının bütün əmək kollektivləri Şəhidlərin Xatirə parkında ucaldılmış abidənin önünə tər güllər düzüblər.

Keçidlər