Şriftin ölçüsü :

Saytın rəngi :

Zərdab rayonunda demoqrafik vəziyyət

10 fevral 2020 | 16:00

Zərdab rayonunun ərazisi 0,86 min kv.km olmaqla əhalinin sıxlığı (1 kv.km düşən əhali) 69 nəfərdir. Zərdab rayonunda  01yanvar 2020-ci il vəziyyətinə 42 yaşayış məntəqəsi olmaqla 1 şəhər, 1 qəsəbə, 40 kənd yaşayış məntəqəsi mövcuddur.  İlkin hesablamalara görə 2019-cu il ərzində Zərdab rayonun əhalisinin sayı 422 nəfər və ya 0,7 faiz artaraq 59189 nəfərə çatmışdır. Əhalinin 20,2 faizi şəhər, 79,8 faizi isə kənd yerlərində yaşayır.
2019-cu il ərzində rayonda 711, hər gün orta hesabla 1-2 körpə doğulmuşdur  ki, onların da 19,5 faizi şəhər və qəsəbələrdə, 80,5 faizi isə kənd yerlərində qeydə alınmışdır. Rayon üzrə təbii artım 403 nəfər olmuşdur.
Hesabat dövründə  Zərdab rayonunda 308 ölüm qeydə alınmışdır. Bundan 3 nəfəri 1 yaşa qədər ölüm olmuşdur. 1-yaşa qədər ölüm kənd yerlərində qeydə alınmışdır.  Ölənlərin ümumi sayından 1-4 yaşda - 2, 10-14 yaşda - 1 , 15-19 yaşda - 1, 20-24 yaşda - 1, 25-29 yaşda  - 2,  30-24 yaşda - 2, 35-39 yaşda – 8, 40-44 yaşda - 2,  45-49 yaşda - 11, 50-54 yaşda - 12, 55-59 yaşda - 22, 60-64 yaşda - 27, 65-69 yaşda - 21, 70-74 yaşda - 32, 75-79 yaşda - 35, 80-84 yaşda - 62, 85 yaşdan yuxarı - 64 nəfər ölüm halları qeydə alınmışdır. Keçən ilin müvafiq dövrünə nisbətən əhalinin hər 1000 nəfərinə hesabı ilə ölənlərin sayı 5,3-dən 5,2-yə qədər azalmışdır. Ölümün əsas səbəbləri qan dövranı sisteminin xəstəliklərindən, yenitörəmələrdən, həzm sisteminin xəstəliklərindən və tənəffüs orqanlarının xəstəliklərindən ibarət olmuşdur.
2019-ci il yanvar-dekabr ayları ərzində rayon üzrə 291 nikah və 56  boşanma halı qeydə alınmışdır. 
Hesabat dövründə Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün Zərdab rayonuna  gələn 50 nəfər,  rayondan isə  31 nəfər gedən qeydə alınaraq miqrasiyanın müsbət  saldosu 19 nəfər təşkil etmişdir.

 Zərdab Rayon Statistika İdarəsi

Keçidlər