Şriftin ölçüsü :

Saytın rəngi :

Zərdabda heyvandarlıq inkişaf yolundadır

10 fevral 2020 | 16:00

Rayоn üzrə iqtisadiyyatın bütün sahələrində olduğu kimi kənd təsərrüfatı sahəsinin də  davamlı inkişafı təmin оlunmuşdur. Rayonda heyvandarlıq sahəsinə maraq durmadan artır. Hazırda əhalinin heyvandarlıq məhsullarına olan tələbatını daxili istehsal hesabına ödəmək məqsədi ilə mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir. Bu məqsədlə sahibkarlara lizinq yolu ilə güzəştli şərtlərlə yüksək məhsuldar damazlıq heyvan satılması işi davam etdirilir və heyvanlar arasında aparılan süni mayalanma tədbirləri genişləndirilir. Rayonda əvvəlki illərə nisbətən heyvandarlığın inkişaf səviyyəsi xeyli artıb. Bu səbəbdən bütün heyvandarlıq məhsullarının, o cümlədən ət, süd, yun, yumurta istehsalının həcmi də ötən dövrlərlə müqayisədə daha çox olub.  Hazırda rayonda (01 yanvar 2020-ci il vəziyyətinə) 54758 baş iri buynuzlu, 113867 baş xırda buynuzlu heyvan var. 01 yanvar 2020-ci il tarixə ət istehsalı 43759,0 sentner, süd istehsalı 319584,0 sentner, yumurta istehsalı 8077,0 min ədəd, yun istehsalı 2077,0 sentner olub. Ötən ilin müvafiq dövrünə nisbətən ət istehsalı 10 sentner, süd istehsalı 14 sentner, yumurta istehsalı  1 min ədəd, yun istehsalı 15,8 faiz  artmışdır.
Cins maldarlığın inkişaf etdirilməsi istiqamətində rayonda mühüm tədbirlər həyata keçirilir. Mal-qaranın cins tərkibini yaxşılaşdırmaq məqsədilə rayonda süni mayalama məntəqələri yaradılmışdır. 2019 cu ilin yanvar-dekabr aylarında 3159 baş inək və düyələrdə süni mayalanma aparılmış, 2137 baş sağlam bala alınmışdır ki, bunun da maldarlığın inkişafına böyük təsiri olmuşdur.

Zərdab Rayon Statistika Idarəsi

Keçidlər