2019-cu ilin yanvar-dekabr aylarında pərakəndə ticarət dövriyyəsi 2,6 % artıb
2019-cu ilin yanvar-dekabr aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 2,6 faiz üstələyərək 83995,0 min manat olmuşdur. Ticarət dövriyyəsinin 48142.0 min manatını (57,3%) ərzaq məhsulları, içkilər və tütün məmulatları, 35853.0 min manatını (42,7%) qeyri-ərzaq məhsulları təşkil etmişdir.
Hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkələrində xərclədiyi vəsaitin 57,3 faizi ərzaq məhsullarının, içkilər və tütün məmulatlarının, 9,1 faizi toxuculuq məhsulları, geyimlər və ayaqqabıların, 5,6 faizi elektrik mallarının, 4,9 faizi avtomobil yanacağının, 1,7 faizi əczaçılıq və tibbi malların, 1,1 faizi mebellərin, 0,7 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 19,6 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunmuşdur.
2019-cu il ərzində istehlak məhsullarının 7,9 faizi hüquqi şəxs statuslu müəssisələr, 92,1 faizi fiziki şəxslər tərəfindən satılmışdır. Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 118,25 manat və ya 2018-ci ilin müvafiq ğöstəricisindən nominal ifadədə 2.87 manat çox olmuşdur.
Zərdab Rayon Statistika İdarəsi