Zərdabda Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb
26 fevral 2020 | 16:00
Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar Zərdab Rayon İcra Hakimiyyətində təsdiq olunmuş tədbirlər planına uyğun olaraq silsilə tədbirlər keçirilib. Əvvəlcə Rayon İcra Hakimiyyətində Xocalı soyqırımına həsr olunan rəsmlərdən və divar qəzetlərindən ibarət sərgiyə baxış keçirilib. Rayon rəhbərliyi, əmək kollektivləri və ictimaiyyət nümayəndələri Şəhidlərin xatirə parkını ziyarət edib, abidə kompleksinin önünə gül-çiçək dəstələri qoyublar. Anım mərasimində Zərdab Rayon İcra Hakimiyyətinin başçısı cənab Mərdan Camalzadə ermənilərin xalqımıza qarşı törətdikləri qətliam və faciələr barədə ətraflı məlumat verib.