Zərdab gəncləri Könüllü qonaq olaraq xüsusi qayğıya ehtiyacı olan ailələrə və tənha şəxslərə baş çəkdilər
05 mart 2020 | 16:00
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən 2020-ci ilin ölkəmizdə “Könüllülər ili” elan edilməsi ilə əlaqədar olaraq 05 mart 2020-ci il tarixdə Zərdab Rayon İcra Hakimiyyətinin və Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə könüllü gənclər Zərdab şəhər sakinləri Səfa Rəhimovanın, Sürəyya Babayevanın və Hüseyn Həsənovun evində qonaq olaraq onlarla həmsöhbət olublar, eyni zamanda onlara ev və təsərrüfat işlərində dəstək göstəriblər.