KÖRPƏLƏR EVİ-UŞAQ BAĞÇASINDA SEMİNAR-MÜŞAVİRƏ
Zərdab şəhər 2 saylı körpələr evi-uşaq bağçasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 oktyabr 2012-ci il tarixli 218 nömrəli qərarı ilə təsdiq edilmiş “Məktəbəqədər təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin tələbləri baxımından körpələr evi-uşaq bağçalarında “Tədris prosesinin təşkilinin aktual problemləri” mövzusunda seminar-müşavirə keçirilib.
Seminar-müşavirəni giriş sözü ilə Rayon İHB-nın müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Rəhman Feyzullayev açıb.
Daha sonra Rayon Təhsil Şöbəsinin aparıcı məsləhətçisi Gülsurə Novruzova “Məktəbəqədər tərbiyə müəssisələrində təlim-tərbiyə proqramlarının tərtibi və təşkili” və 2 saylı körpələr evi-uşaq bağçasının müdiri Vüsalə Kərimova “Məktəbəqədər müəssisələrdə pedaqoji şuraların aparılması praktikası” mövzularında çıxış ediblər.
Çıxışlardan sonra tədbir iştirakçıları 2 saylı körpələr evi-uşaq bağçasının məktəbəhazırlıq qrupunda açıq məşğələdə iştirak ediblər.
Tədbirin sonunda tərbiyəçiləri maraqlandıran suallar cavablandırılıb.