Zərdabda abadlıq-quruculuq işləri davam etdirilir
Zərdab şəhəri ərazisində bir neçə ay bundan əvvəl başlanılan tikinti-quruculuq işləri tam sürətlə davam etdirilir.
Heydər Əliyev prospektində yenidənqurma işləri başa çatmaq üzrədir. Səkilərə dekorativ tamet tavalar, beton bardyurlər düzülmüşdür. Yağış sularının axıdılması üçün beton kanallar düzəldilmişdir. Sahəyə münbit torpaq daşınmış, yaşıllıq zolağı yaradılmış, müxtəlif növ şam ağacları və güllər əkilmişdir. Heydər Əliyev parkının suvarılması üçün diametri 160 mm olmaqla 650 metr uzunluğunda su xətti çəkilmiş, diametri 300 mm olmaqla 1200 metr su xətti təmir edilmişdir.
Uzun illər təmirsiz qalmış Həsən Bəy Zərdabi parkında əsaslı təmir və yenidənqurma işlərinə cari ilin yanvar ayında başlanılmışdır. Parkın ərazisində diametri 8 metr olan fontan kompleksinin, eni 6 metr, hündürlüyü 3,5 metr olan giriş qapısının, uşaq əyləncə mərkəzinin, Həsən Bəy Zərdabinin abidəsinin əhatə etdiyi sahənin tikintisi yüksək keyfiyyətlə aparılır. Ərazidəki təmir işlərində mərmər plitə, dekorativ tamet tavaları, aqlay tavaları istifadə olunur. Uşaq əyləncə mərkəzində əyləncə qurğularının quraşdırılması başa çatmaq üzrədir. Sahəyə münbit torpaq daşınmış, müxtəlif növ şam ağacları əkilmişdir və hal-hazırda bu işlər davam etdirilir. Parkda yaşıllıqların və ağacların suvarılması üçün polietilen borular çəkilmiş və bu işlər başa çatmışdır. Parkın işıqlandırılması üçün yeraltı kabel xətlərinin quraşdırılması işləri aparılır.