Şriftin ölçüsü :

Saytın rəngi :

Gödəkqobu kənd sakini Sərdar Eyvazovun "xalqxeber.az" saytında dərc edilmiş "Mərdan Camalov Zərdab sakinlərinin etimadını doğrultmur" adlı yazıya Rayon İcra Hakimiyyətinin açıqlaması

17 aprel 2020 | 16:00

Gödəkqobu kənd sakini Sərdar Eyvazovun qonşusu tərəfindən yolunun kəsilməsi və icra başçısı tərəfindən şikayətlərə laqeyd yanaşılması barədə yazısına cavab olaraq bildiririk ki, məsələ ilə bağlı İHB Aparatının ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri, hüquq şöbəsinin məsləhətçisi, Gödəkqobu kənd inzibati ərazi dairəsi üzrə nümayəndənin, bələdiyyə sədrinin, Gödəkqobu kənd Sudan İstifadəedənlər Birliyinin sədrinin və Rayon polis şöbəsinin sahə rəisinin iştirakı ilə əraziyə baxış keçirilmişdir. Yazıda sözügedən tikilinin Sərdar Eyvazovun həyətinə giriş yolunu kəsməsi və su kanalının torpaqlanaraq düzlənməsi faktı aşkar edilməmişdir. S.Eyvazov izahatında internet saytlarında onun adından yazılmış şikayət məktubundan xəbərsiz olduğunu bildirmişdir

Keçidlər