Zərdab rayonunda aztəminatlı ailələrə yardımlar davam etdirilir
Zərdab Rayon İcra Hakimiyyəti başçısının təşəbbüsü ilə Ramazan ayının başlanması ilə əlaqədar olaraq rayon ərazisində yaşayan şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, tənha şəxslərə və aztəminatlı ailələrə 500 ədəd ərzaq yardımı hazırlanaraq 24 aprel 2020-ci il tarixdə saat 11:00-dan etibarən paylanmağa başlanılmışdır.
Əlavə olaraq bildiririk ki, Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar elan olunmuş xüsusi karantin rejimi dövründə dövlət tərəfindən görülən tədbirlərə dəstək məqsədilə Rayon İcra Hakimiyyəti başçısının təşəbbüsü ilə bu günədək 150-dən çox tənha şəxslərə və aztəminatlı ailələrə ərzaq yardımı göstərilmişdir.
Həyata keçirilən yardım kampaniyaları bundan sonra da davam etdiriləcəkdir.