Zərdabda inzibati ərazi dairələri üzrə nümayəndəliklərlə video-konfrans keçirilib
Koronavirus (COVID-19) infeksiyası ilə bağlı ölkə ərazisində tətbiq olunmuş bir sıra məhdudiyyətlərin yumşaldılması ilə əlaqədar olaraq 02 may 2020-ci il tarixdə Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə qərargah üzvləri və inzibati ərazi dairələri üzrə nümayəndəliklərlə video-konfrans keçirib.
Video-konfrans zamanı icra başçısı çıxış edərək ölkəmizdə koronavirus infeksiyasının yayılmasına qarşı görülən bütün işlərin cənab Prezidentimizin diqqət mərkəzində olduğunu, ölkə rəhbərliyi tərəfindən həyata keçirilən bütün tədbirlərin əhalinin sağlamlığının qorunmasına yönəldildiyini qeyd edib.
İcra başçısı eyni zamanda rayon ərazisində aparılan dezinfeksiya işləri, vətəndaşlar tərəfindən xüsusi karantin rejiminə riayət olunması vəziyyəti ilə maraqlanıb, həmçinin Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən tətbiq edilən bir sıra məhdudiyyətlərin yumşaldılmasına dair qərarla iştirakçıları tanış edib, xüsusi karantin rejimində rayon üzrə ictimai yerlərdə, parklarda, eyni zamanda ictimai iaşə obyektlərində bir yerdə insanların 10 nəfərdən artıq qruplarda cəmləşməsinin qadağan olmasını, insanlar arasında sosial məsafənin saxlanılmasının, qoruyucu maskalardan istifadənin zəruriliyini diqqətə çatdırıb.
Konfransda verilmiş tövsiyələrə uyğun olaraq yerlərdə əhali arasında maarifləndirmə və izahetmə işlərinin aparılması inzibati ərazi dairələri üzrə nümayəndələrə tapşırılıb.