Şriftin ölçüsü :

Saytın rəngi :

Ölkə başçısının verdiyi tapşırıqlardan düzgün nəticə çıxarmayan vəzifəli şəxslərə qarşı Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən qanunamüvafiq tədbirlər həyata keçirilir

12 may 2020 | 16:00

Cənab Prezident tərəfindən verilmiş tapşırıqlardan düzgün nəticə çıxarmayan, rüşvət və korrupsiya hallarına son qoymayan şəxslər dövlət tərəfindən ciddi cəzalandırılması davam edir. Dövlət Təhlükəsizliyi Xidmətinin ayıq sayıqlığı nəticəsində aşkarlanmış korrupsiya halları, rüşvətxorluq, dövlət əmlakının talama səbəblərindən həbs olunmuş Ağstafa, Yevlax, Neftçala, Biləsuvar Rayon İcra Hakimiyyətlərinin keçmiş başçılarının düşdüyü vəziyyətdən nəticə çıxarmayan növbəti şəxs İmişli Rayon İcra Hakimiyyətinin başçısıdır. Bu hallar dövlətçiliyə və xalqa xəyanət kimi qiymətləndirilir.
Bu məmurlar dünyanı bürüyən COVİD-19 pandemiyasındanminimum itkilərlə çıxmasına zəmin yaradanölkə Prezidenti cənab İlham Əliyevin qətiyyətli siyasətinə qarşı mənəviyyata sığmayan hərəkətlər etmişdirlər.
Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən dəfələrlə ictimaiyyət qarşısında vəzifəli şəxslərə, xüsusilə icra başçılarına müvafiq tapşırıqların verilməsinə baxmayaraq bu halların baş verməsidövlətin mənafeyinə ciddi zərbə vurur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Azərbaycan Respublikasının Baş Prokuroru vəzifəsinə Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisinin təyin edilməsi Azərbaycanda korrupsiyaya qarşı aparılan ciddi mübarizənin təzahürüdür. Aparılan ictimai-siyasi, iqtisadi, hüquqi və kadr islahatların ölkəmizin yeni inkişaf mərhələsinə keçidini şərtləndirir.
Bu sahədə Zərdab rayonunda da qanunamüvafiq tədbirlər həyata keçirilmişdir. Zərdab Rayon İcra Hakimiyyəti başçısının Məmmədqasımlı kənd inzibatı ərazi dairəsi üzrə nümayəndəsinin müavini Mətaf Mikayılovun vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə Koronavirus pandemiyası ilə əlaqədar Heydər Əliyev Fondu tərəfindən göndərilmiş ərzaq yardımını imkansız ailələrə deyil yaxın qohumları və kəndin imkanlı şəxslərinə paylamasına əsaslı şübhələr müəyyən edilmiş, Mətaf Mikayılov Rayon İcra hakimiyyəti başçısının əmri ilə tutduğu vəzifədən azad edilmiş, toplanmış materiallar üzrə Zərdab rayon prokurorluğunda Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanılmışdır. Eyni zamanda məsələ ilə bağlı Rayon İHBA-nın hüquq şöbəsinin məsləhətçisi Canpolad Vəliyevə töhmət elan edilmişdir.

Keçidlər