Şriftin ölçüsü :

Saytın rəngi :

8 noyabr – Zəfər Günü ilə bağlı “Yaddaş Saatı" adlı aksiyalar keçirilir

04 noyabr 2023 | 16:16

Zərdab Rayon İcra Hakimiyyəti başçısının 8 noyabr – Zəfər Günü ilə bağlı “Tədbirlər Planı”nın təsdiq edilməsi barədə Sərəncamına uyğun olaraq rayonda silsilə tədbirlər davam etdirilir. Rayonun idarə, müəssisə, təşkilatlarının əməkdaşları, ictimaiyyət nümayəndələri, məktəblilər tərəfindən “Yaddaş Saatı" adlı aksiyalar keçirilir, şəhidlərin xatirəsinə ucaldılmış abidələrin, şəhid məzarlıqlarının, barelyeflərin, şəkil lövhələrinin təmizlənməsi, bərpası və ətrafının abadlaşdırılması təmin olunur. Müstəqilliyimiz və suverenliyimiz uğrunda şəhidlik zirvəsinə ucalmış rayon sakinlərinin məzarları və ailələri ziyarət edilir, şəhidlərimizin xatirələri anılır, ruhlarına dualar oxunur.

Keçidlər