Şriftin ölçüsü :

Saytın rəngi :

8 noyabr “Zəfər Günü” ilə bağlı Zərdab rayon Tarix diyarşünaslıq muzeyinə ekskursiyalar təşkil olunur

31 oktyabr 2023 | 10:51

8 noyabr “Zəfər Günü” ilə bağlı Zərdab Rayon İcra Hakimiyyəti Başçısının Sərəncamı ilə təsdiq olunmuş “Tədbirlər Planı”na uyğun olaraq rayonda fəaliyyət göstərən Tarix-Diyarşünaslıq Muzeyinə ümumtəhsil məktəblərinin şagirdlərinin ekskursiyaları  təşkil olunur.

Ekskursiyalar zamanı məktəblilərə qorunan və nümayiş etdirilən 5494 adda eksponat, maddi-mədəni nümunələr, Vətən Müharibəsi və qəhrəman şəhidlərimiz haqqında ətraflı məlumatlar verilir.

Azərbaycan tarixinin ayrı-ayrı dövrləri haqqında eksponatların nümayiş olunduğu Tarix Diyarşünaslıq Muzeyi ilə tanışlıq məktəblilər tərəfindən böyük maraqla qarşılanır. Bu istiqamətdə tədbirlər bütün ümumtəhsil məktəblərini əhatə etməklə, davam etdirilir.

Keçidlər