8 Noyabr - Zəfər Günü ilə bağlı Zərdabda şəhid ailələri ziyarət edildi
Rayon İcra Hakimiyyətinin başçısı cənab Mərdan Camalzadə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zərdab rayon bölməsinin rəis əvəzi Ramin Əhmədov, Kənd Təsərrüfatı Nazirliyinin və icra hakimiyyətinin məsul vəzifəli şəxsləri, idarə və müəssisə rəhbərləri 8 noyabr-Zəfər Günü ilə bağlı vətən müharibəsi şəhidləri MAHHXQ İbrahim Cəbrayıllının və Gizir Faiq Vəlizadənin ailələrini ziyarət ediblər. Şəhidlərimizin əziz xatirələri yad edilib, ruhlarına dualar oxunub. Şəhid ailələrinə rayon icra hakimiyyəti tərəfindən maddi yardım edilib. Göstərilən bu böyük diqqət və qayğıya görə şəhid ailələri cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.