8 noyabr – Zəfər Günü ilə əlaqədar rayonun təhsil müəssisələrində Vətən Müharibəsi iştirakçıları ilə görüşlər təşkil olunur
04 noyabr 2023 | 17:57
8 noyabr “Zəfər Günü” ilə bağlı Zərdab Rayon İcra Hakimiyyəti Başçısının Sərəncamı ilə təsdiq olunmuş “Tədbirlər Planı”na uyğun olaraq ümumtəhsil məktəblərində müəllim və şagirdlərin Vətən Müharibəsi iştirakçıları ilə görüşləri keçirilmişdir. Tədbirdə Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi, Azərbaycan xalqının və ordusunun əzmi, iradəsi sayəsində Vətən Müharibəsində qazanılmış zəfərdən bəhs edilmiş, şəhidlərin xatirələri ehtiramla yad olunmuşdur. Bu mövzuda tədbirlər davam etdirilir.