Şriftin ölçüsü :

Saytın rəngi :

8 noyabr – Zəfər Günü ilə əlaqədar “Yaddaş Saatı" adlı aksiyalar keçirilib.

03 noyabr 2022 | 16:12

Zərdab rayon İcra Hakimiyyəti başçısının 8 noyabr – Zəfər Günü ilə bağlı “Tədbirlər Planı”nın təsdiq edilməsi barədə Sərəncamına uyğun olaraq rayonda silsilə tədbirlər davam etdirilir. Rayonun idarə, müəssisə, təşkilatlarının əməkdaşları, ictimaiyyət nümayəndələri, məktəblilər tərəfindən “Yaddaş Saatı" adlı aksiyalar keçirilmiş, Şəhidlərə xatirə parkının, şəhidlərin xatirəsinə ucaldılmış abidələrin, şəhid məzarlıqlarının, barelyeflərin, şəkil lövhələrinin təmizlənməsi, bərpası və ətrafının abadlaşdırılması təmin olunmuşdur. Müstəqilliyimiz və suverenliyimiz uğrunda şəhidlik zirvəsinə ucalmış Əlibəyli, Pərvanlı, Şahhüseynli, Əlvənd, Qoruqbağı, Çallı, Yuxarı Seyidlər, Dəli Quşçu, Dəkkəoba, Alıcanlı,İsaqbağı, Otmanoba və Məlikumudlu kəndlərində rayon sakinlərinin məzarları və ailələri ziyarət olunmuş, şəhidlərimizin xatirələri anılmış, ruhlarına dualar oxunmuşdur.

Keçidlər