8 Noyabr – Zəfər Günü münasibəti ilə Zərdab Rayon İcra Hakimiyyətində şəhid ailələri və bir qrup müharibə iştirakçıları ilə görüş keçirilib
Görüşdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə şəhid ailələrinə və müharibə əlillərinə göstərilən dövlət qayğısının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi siyasətin əsas istiqamətlərindən biri olduğunu vurğulayıb. Qeyd edib ki, bu kateqoriyadan olan vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin həlli və rifahının yaxşılaşdırılması daim diqqət mərkəzində saxlanılır. Görüş zamanı iştirakçıların müraciətləri və onları narahat edən məsələlər dinlənilib. Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı ilə görüş iştirakçılarına maddi yardımlar edilib. Çıxış edənlər şəhid ailələrinə və müharibə əlillərinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər. Sonda xatirə şəkli çəkilib.






