8 Noyabr - Zəfər Gününün 5-ci ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib
04 noyabr 2025 | 11:58
Zərdab rayonunda “Konstitusiya və Suverenlik İli” çərçivəsində, 8 Noyabr - Zəfər Gününün 5-ci ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib. Aksiyada Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə, şəhid ailələrinin üzvləri, yerli icra və bələdiyyə orqanlarının, idarə, müəssisə və təşkilatların əmək kollektivlərinin üzvləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Aksiya çərçivəsində Zərdab rayonunun Heydər Əliyev parkında 300 ədəd müxtəlif növ ağaclar əkilib və suvarma işləri aparılıb. Yaşıllıqların qorunması məqsədilə ərazidə müvafiq tədbirlər həyata keçirilib, mövcud ağaclara isə aqrotexniki qaydada qulluq göstərilib.






