Şriftin ölçüsü :

Saytın rəngi :

İqtisadiyyatda işləyənlərin sayı və əməkhaqqı barədə

14 may 2020 | 16:00

2020-ci ilin  yanvar-mart ayları ərzində  rayon iqtisadiyyatında muzdla çalışan işçilərin sayı  5804 nəfər olmuş, onlardan 4460 nəfəri və ya 76,8 faizi iqtisadiyyatın dövlət sektorunda, 1344 nəfəri və ya 23,2 faizi isə qeyri-dövlət sektorunda fəaliyyət göstərmişdir.
Muzdla işləyənlərin 36,0 faizi təhsil, 18,8 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 10,5 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 9,1 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 8,5 faizi dövlət idarəetməsi və müdafiə, sosial təminat, 5,3 faizi sənaye, 6,1 faizi istirahət, əyləncə və incəsənət sahəsi, 2,2 faizi tikinti, 1,1 faizi informasiya və rabitə, 0,9 faizi peşə, elmi və texniki fəaliyyət, 0,9 faizi nəqliyyat və anbar təsərrüfatı, 0,2 faizi maliyyə və sığorta fəaliyyəti, 0,4 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olmuşlar.
2020-ci ilin  yanvar-mart ayları ərzində rayon iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 51,3 faiz artaraq 420,6 manat olmuşdur. İqtisadiyyatın maliyyə və sığorta fəaliyyəti, elektrik enerjisi, qaz istehsalı, bölüşdürülməsi və təchizatı, peşə, elmi və texniki fəaliyyət sahələrində orta aylıq nominal əmək haqqı rayon üzrə orta göstəricidən yüksək olmuşdur.

Zərdab Rayon Statistika İdarəsi

Keçidlər