Zərdabda heyvandarlıq inkişaf yolundadır
Rayоn üzrə iqtisadiyyatın bütün sahələrində olduğu kimi kənd təsərrüfatı sahəsinin də davamlı inkişafı təmin оlunmuşdur. Rayonda heyvandarlıq sahəsinə maraq durmadan artır. Hazırda əhalinin heyvandarlıq məhsullarına olan tələbatını daxili istehsal hesabına ödəmək məqsədi ilə mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir. Bu məqsədlə sahibkarlara lizinq yolu ilə güzəştli şərtlərlə yüksək məhsuldar damazlıq heyvan satılması işi davam etdirilir və heyvanlar arasında aparılan süni mayalanma tədbirləri genişləndirilir. Rayonda əvvəlki illərə nisbətən heyvandarlığın inkişaf səviyyəsi xeyli artıb. Bu səbəbdən bütün heyvandarlıq məhsullarının, o cümlədən ət, süd, yumurta istehsalının həcmi də ötən dövrlərlə müqayisədə daha çox olub. Hazırda rayonda (01 aprel 2020-ci il vəziyyətinə) 54765 baş iri buynuzlu, 114846 baş xırda buynuzlu heyvan var. 01 aprel 2020-ci il tarixə ət istehsalı 10824,0 sentner, süd istehsalı 64511,0 sentner, yumurta istehsalı 2028,0 min ədəd olub. Ötən ilin müvafiq dövrünə nisbətən ət istehsalı 5 sentner, süd istehsalı 5 sentner, yumurta istehsalı min ədəd artmışdır.
Cins maldarlığın inkişaf etdirilməsi istiqamətində rayonda mühüm tədbirlər həyata keçirilir. Mal-qaranın cins tərkibini yaxşılaşdırmaq məqsədilə rayonda süni mayalama məntəqələri yaradılmışdır. 2020-ci ilin yanvar-mart aylarında 1084 baş inək və düyələrdə süni mayalanma aparılmış, 556 baş sağlam bala alınmışdır ki, bunun da maldarlığın inkişafına böyük təsiri olmuşdur.
Zərdab Rayon Statistika İdarəsi