Əhaliyə göstərilən ödənişli xidmətlər haqqında
2020-ci ilin yanvar-mart aylarında Zərdab rayonu üzrə əhaliyə göstərilən ödənişli xidmətlərin ümumi həcmi 3703,3 min manat olmuşdur. Xidmətlərin 30,6 faizi hüquqi şəxslər, 69,4 faizi isə fiziki şəxslər tərəfindən yerinə yetirilmişdir.
Əhaliyə göstərilən ödənişli xidmətlərdən ümumi həcmdə məişət xidməti 490,8 min manat, iaşə dövriyyəsinin həcmi 382,9 min manat olmuşdur.
Əhaliyə göstərilən ödənişli xidmətlərin ümumi həcmindən hüquqi şəxslər tərəfindən göstərilən xidmətlər 1133,6 min manat (98,5 faiz dövlət mülkiyyəti, 1,5 faiz qeyri-dövlət mülkiyyəti) olmuşdur. Hüquqi şəxslər tərəfindən göstərilən xidmətlərin 1114,6 min manatı iri müəssisələrin, 19,0 min manatı isə kiçik müəssisələrin payına düşür.
Zərdab Rayon Statistika İdarəsi