RAYON SAKİNLƏRİNİN NƏZƏRİNƏ
09 iyun 2020 | 16:00
Tərtər Regional Qaz İstismar İdarəsinin 09 iyun 2020-ci il tarixli telefonoqramına əsasən bildiririk ki, qaz təchizatı şəbəkəsində itkilərin qarşısının alınması məqsədilə Zərdab rayonu, Zərdab-Pirəzə istiqamətində gedən diametri 250 mm-lik orta təzyiqli yeraltı qaz xəttinin Qarasu çayından keçən hissəsinin yerüstü keçidlə əvəz olunması ilə bağlı 10 iyun 2020-ci il tarixdə saat 09:00-dan işlər başa çatanadək "Zərdab" qaz ölçü qovşağından qidalanan 18 kəndin (Gəlmə kəndindən Yuxarı Seyidlər kəndinədək) təbii qazla təchizatının dayandırılması planlaşdırılır.