İqtisadiyyatda işləyənlərin sayı və əməkhaqqı barədə
2020-ci il iyulun 1-i vəziyyətinə rayon üzrə muzdla işləyənlərin sayı 5648 nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 4465 nəfər və ya 79,1 faiz, qeyri-dövlət sektorunda isə 1183 nəfər və ya 20,9 faiz təşkil etmişdir.
Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 66,0 faizi xidmət sahəsində, 16,6 faizi ticarət sahəsində, 9,9 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində, 5,4 faizi sənaye sahəsində, 2,1 faizi isə tikinti sahəsində məşğul olmuşdur.
2020-ci ilin yanvar-iyun ayları ərzində iqtisadiyyatda muzdla işləyənlərin оrta aylıq nominal əməkhaqqı keçən ilin müvafiq dövrünə nisbətən 131,4 manat və ya 44,7 faiz artaraq 425,4 manat olmuşdur.
Maliyyə və sığorta fəaliyyəti , dövlət idarəetməsi və müdafiə; sosial təminat, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, eləcə də peşə, elmi və texniki fəaliyyət sahələrində orta aylıq nominal əməkhaqqı rayon üzrə orta göstəricidən yüksək olmuşdur.
Zərdab Rayon Statistika İdarəsi