Şriftin ölçüsü :

Saytın rəngi :

2020-ci ilin yanvar-iyun aylarında pərakəndə ticarət dövriyyəsi 1,2 % artıb

05 avqust 2020 | 16:00

2020-cii ilin yanvar-iyun aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini real ifadədə 1,2 faiz üstələyərək 43095,0 min manat olmuşdur. Ticarət dövriyyəsinin 25179,6 min manatını (58,4%) ərzaq məhsulları, içkilər və tütün məmulatları, 17915,4 min manatını (41,6%) qeyri-ərzaq məhsulları təşkil etmişdir.
Hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkələrində xərclədiyi vəsaitin 58,4 faizi ərzaq məhsullarının, içkilər və tütün məmulatlarının, 41,6 faizi geyimlər və ayaqqabıların, elektrik mallarının, avtomobil yanacağının, əczaçılıq və tibbi malların, mebellərin, telekommunikasiya avadanlıqlarının və digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunmuşdur. 2020-ci ilin yanvar-iyun aylarında istehlak məhsullarının 6,6 faizi hüquqi şəxs statuslu müəssisələr, 93,4 faizi fiziki şəxslər tərəfindən satılmışdır. Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 120,86 manat və ya 2019-cu ilin müvafiq göstəricisindən nominal ifadədə 1,49 manat çox olmuşdur.


Zərdab Rayon Statistika İdarəsi

Keçidlər