Şriftin ölçüsü :

Saytın rəngi :

2020-ci ilin 6 ayında sənaye istehsalı 14,8 % artıb

06 avqust 2020 | 16:00

Zərdab rayon sənayesində bu ilin birinci yarısında keçən ilin müvafiq dövrü ilə müqayisədə məhsul istehsalı və xidmətlərin göstərilməsi 14,8 faiz artaraq 3857,3 min manat  olmuşdur. Dövr ərzində sənaye məhsulunun 32,3 faizi emal sektorunda istehsal olunmuş,  göstərilmiş xidmətlərin həcmi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda  60,2 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 7,5 faiz təşkil etmişdir. 
2020-ci ilin yanvar-iyun aylarında keçən ilin müvafiq dövri ilə müqayisədə emal sektorunda istehsalın həcmi 32,5 faiz artmışdır. Emal sektorunda qida məhsulların istehsalı 76,6 faiz, tikinti materialların istehsalı 1,1 faiz, hazır metal məmulatların istehsalı 22,0 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri 0,3 faiz təşkil etmişdir. Hesabat dövründə keçən ilin müvafiq dövri ilə müqayisədə göstərilmiş xidmətlərin həcmi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 4,1 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə  52,5 faiz artmışdır.

Zərdab rayon Statistika idarəsi

Keçidlər