Şriftin ölçüsü :

Saytın rəngi :

Zərdab Rayon İcra Hakimiyyətində videoformatda müşavirə keçirilib

13 avqust 2020 | 16:00

Avqustun 13-də Zərdab Rayon İcra Hakimiyyətində icra başçısı Mərdan Camalzadənin sədrliyi ilə “Avqustun 6-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizdə Koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı müşavirədəki nitqində qarşıya qoyulmuş vəzifələr” və “Zərdab rayonunda 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr” barədə videoformatda müşavirə keçrilib.
İcra başçısı çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin nitqində qarşıya qoyulmuş vəzifələri müşavirə iştirakçılarının diqqətinə çatdırıb və rayon ərazisində bu istiqamətdə görülən işlər barədə məlumat verib.
Zərdab rayonunun 2020-ci ilin birinci yarısında sosial-iqtisadi inkişafı və qarşıda duran vəzifələr barədə videoçarx nümayiş etdirildikdən sonra, icra başçısı ilin uğurla başa çatdırılması üçün aidiyyəti rəhbər vəzifəli şəxslərə müvafiq tapşırıq və tövsiyələrini verib.
“Zərdab Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin direktoru Ruslan Nemətov və Suvarma Sistemləri İdarəsinin rəisi Mircəlal Mirzəyev çıxış edərək rəhbərlik etdikləri sahələrdə görülmüş işlər haqqında məlumat vermiş, eyni zamanda ölkəmizdə insanların rifahının yaxşılaşdırılması və sağlamlıqlarının qorunmasına Azərbaycan dövləti tərəfindən göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Keçidlər