RAYON SAKİNLƏRİNİN NƏZƏRİNƏ
25 avqust 2020 | 16:00
Tərtər Regional Qaz İstismar İdarəsinin telefonoqramına əsasən bildiririk ki, Ucar-Zərdab yüksək təzyiqli magistral qaz kəmərində yeni çəkilmiş xəttin birləşdirilməsi, kəmərdə yaranmış qaz sızmalarının ləğvi və qaz tənzimləyici qurğunun quraşdırılması ilə əlaqədar olaraq 26 avqust 2020-ci il tarixdə saat 09:00-dan etibarən işlər başa çatanadək Zərdab rayonu ərazisində təbii qaz təchizatının dayandırılması planlaşdırılır.