Şriftin ölçüsü :

Saytın rəngi :

Zərdab rayon sakinləri: "Cənab Prezident, Sizin göstərişlərinizə uyğun olaraq işsizliyin aradan qaldırılması istiqamətində Zərdab rayonunda da xeyli işlər görülüb"

21 sentyabr 2020 | 16:00

Roza Sultanova və Gülyanə Məmmədovadan, Zərdab, Azərbaycan
Çox hörmətli cənab Prezident.

Azərbaycan Respublikasının vətəndaşları olaraq ölkəmizdə Sizin rəhbərliyinizlə təməli qoyulan və uğurla davam etdirilən iqtisadi, siyasi və sosial islahatların bu gün seyr etdiyimiz gözəl nəticələri, ölkəmizdə gündən-günə artan sosial rifah, əhalinin yüksələn həyat səviyyəsi bizi məmnun edir. Dünyada böyük bəla olan COVID-19 infeksiyasının başqa ölkələrdə minlərlə can alması fonunda Sizin sayənizdə Azərbaycanda itkilərin az olması hər bir azərbaycanlı kimi, bizə də böyük ruh yüksəkliyi, sabaha inam və ölkəmizin gələcəyinə əminlik yaradır.

Hörmətli cənab Prezident, Zərdab rayonunda da insanları narahat edən məsələlər həll edilir. Belə ki, Zərdab-Mollakənd yolunun əsaslı təmiri nəticəsində həmin yol üzərində yerləşən Zərdab və Kürdəmir rayonlarının bir çox kəndlərinin sakinlərinin illər boyu üzləşdiyi problem aradan qalxıb. Ucar-Zərdab-Ağcabədi yolunun təmiri yekunlaşmaq üzrədir. Bundan əlavə, Zərdab şəhərində aparılan abadlıq və quruculuq işləri çərçivəsində Həsən bəy Zərdabi adına park yenidən qurularaq sakinlərin istifadəsinə verilib.

Cənab Prezident, Sizin göstərişlərinizə uyğun olaraq işsizliyin aradan qaldırılması istiqamətində Zərdab rayonunda da xeyli işlər görülüb. DOST İş Mərkəzinin xətti ilə onlarca insan işlə təmin edilib. Bu, mövcud pandemiya şəraitində insanlara böyük köməkdir.

Hörmətli cənab Prezident, görülən bütün işlərə görə Sizə ürəkdən təşəkkür edir, uğurlar diləyir, ailənizə və övladlarınıza Uca Allahdan cansağlığı arzu edirik.

Hörmətlə,

Sultanova Roza Həsənxan qızı

Məmmədova Gülyanə İsklad qızı.

Azərbaycan Respublikası, Zərdab rayonu.

Keçidlər