"Qələbə bizimlədir! Qarabağ Azərbaycandır!"
Möhtərəm cənab Prezident.
Azərbaycan xalqının ən böyük arzusunu reallaşdırmaq üçün orduya Qarabağı azad etmək əmrini vermisiniz. Aldığımız qürurverici xəbərlərə görə, başda Siz olmaqla, bütün zabit və əsgərlərimizlə fəxr edirik. Bu gün xalqımız öz tarixinin şanlı səhifəsinin fərəh dolu anlarını yaşayır. Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində Milli Ordumuzun əldə etdiyi uğurlar, cəbhədəki erməni təxribatına verilmiş layiqli cavablar bizləri daha da ruhlandırır. İnanırıq ki, qələbə xəbərləri Xankəndidə Azərbaycan bayrağının dalğalanmasına qədər davam edəcək. Bütün Azərbaycan xalqı bu günü səbirsizliklə gözləyirdi. Sizin rəhbərliyinizlə çox uzaqda olmayan Qələbə sevincini yaşayacağımıza inanırdıq. Qüdrətli Ordumuzun uğurları tezliklə bütün tarixi torpaqlarımızın işğalçılardan azad ediləcəyinə və məcburi köçkünlərin öz doğma yurdlarına qayıdacaqlarına böyük əminlik yaradır. Ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda apardığınız mübarizə Zərdab rayonunun ziyalıları tərəfindən qürur və sevinc hissi ilə qarşılanır, yüksək qiymətləndirilir. Əminik ki, xalqımız Sizin ətrafınızda həmişə olduğu kimi, yenə sıx birləşərək mənfur düşmənlərimizə layiq olduğu yeri göstərəcəkdir.
Cənab Ali Baş Komandan, tarixi zəfərlərin astanasındayıq. Bu yolda Sizə və rəşadətli Ordumuza güc-qüvvət, böyük uğurlar arzulayırıq. Qələbə bizimlədir! Qarabağ Azərbaycandır!
Hörmətlə,
İsmayılov Fərman Tərlan oğlu
Azərbaycan Respublikası, Zərdab rayonu, Alıcanlı kəndi.