Şriftin ölçüsü :

Saytın rəngi :

"Mən də bir Azərbaycan Respublikası vətəndaşı kimi, Sizin əmrinizlə silaha sarılaraq xalqıma, dövlətimə xidmət etməyə hazıram."

03 oktyabr 2020 | 16:00

Hörmətli Prezident, cənab Ali Baş Komandan.

Torpaqlarımızın azadlığı uğrunda Sizin komandanlığınızla atılan addımları alqışlayır, Sizə bu haqq işimizdə mübarizəyə görə təşəkkürümü bildirirəm. Dövlətimizə rəhbərlik etməyə başladığınız vaxtdan bu günədək Azərbaycan inkişaf etməkdədir. Bu inkişaf bizi beynəlxalq arenada güclü ölkələr sırasında göstərir. Dağlıq Qarabağ münaqişəsini həll edəcəyinizə hamılıqla inanırıq. Sizin rəhbərliyinizlə ordumuz düşməni torpaqlarımızdan qovub, qeyrətimizi dünyaya göstərdi. Ordumuz düşmənin təxribatlarına qarşı əks cavabı layiqincə verdi. Bu Sizin uzun illər gərgin əməyinizin, düzgün daxili və xarici siyasətinizin sayəsində mümkün oldu. Hər bir Azərbaycan oğlu istəyər ki, şəhidlərin qanı yerdə qalmasın. Mən də bir Azərbaycan Respublikası vətəndaşı kimi, Sizin əmrinizlə silaha sarılaraq xalqıma, dövlətimə xidmət etməyə hazıram. Allah millətimizi, dövlətimizi, Ordumuzu, bu haqq savaşında bizə dəstək olan dost və qardaşlarımızı qorusun. Ən qısa zamanda qələbə çalacağımızdan, üçrəngli bayrağımızın işğal altındakı Şuşada, Xankəndidə və digər bütün torpaqlarımızda dalğalanacağından, tarixi Azərbaycan ərazilərinin düşməndən azad ediləcəyindən əminəm. Azərbaycan dövləti tarixi zəfərlərin astanasındadır. Bu yolda Sizə və rəşadətli Ordumuza güc-qüvvət, böyük uğurlar arzulayırıq. Qələbə bizimlədir! Qarabağ Azərbaycandır!

Hörmətlə,

Cəfərov Bəylər Məhyəddin oğlu

İsmayılova Fatma Məhyəddin qızı

Azərbaycan Respublikası, Zərdab rayonu, Alıcanlı kəndi.

Keçidlər