"Rəşadətli Vətən oğullarımıza güvənimiz sonsuzdur."
03 oktyabr 2020 | 16:00
Möhtərəm cənab Prezident.
Uzun illər düşmən əsarətində olan ata-baba yurdumuzun işğaldan azad edilməsi uğrunda apardığınız haqq işinə görə bütün zərdablılar adından Sizə dərin minnətdarlığımızı bildiririk. Həmişə qəhrəman oğulları ilə fəxr etmiş Zərdab rayon sakinləri hamılıqla Sizin və yenilməz Ordumuzun yanındadır.
Sizə və rəşadətli Vətən oğullarımıza güvənimiz sonsuzdur. Tanrı Sizə yar olsun.
Hörmətlə,
Məmişov Mirəddin Şaəddin oğlu
Azərbaycan Respublikası, Zərdab rayonu, Bıçaqçı kəndi.