Milli Məclisdə Madagiz kəndinin Suqovuşan adlandırılması ilə bağlı qanun layihəsi qəbul edilib
06 oktyabr 2020 | 16:00
AZƏRTAC xəbər verir ki, Milli Məclisin oktyabrın 6-da keçirilən iclasında “Tərtər rayonunun Madagiz kəndinin Suqovuşan kəndi adlandırılması haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.
Layihəyə əsasən, Azərbaycan Respublikasının Tərtər rayonunun Çaylı kənd inzibati ərazi dairəsi tərkibindəki Madagiz kəndinin Suqovuşan adlandırılması təklif olunub.
Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.