Yaşasın Azərbaycan! Qarabağ Azərbaycandır!
07 oktyabr 2020 | 16:00
Hörmətli cənab Prezident.
Mən Sizin əsgəriniz, Azərbaycan Respublikasının vətəndaşı olmaqdan qürur duyuram. Sizin apardığınız daxili və xarici siyasət bütün sahələrdə olduğu kimi, Ordumuzun yüksək səviyyədə inkişafına səbəb olmuşdur. Bu günlərdə ordumuzun düşməni məhv edərək torpaqlarımızı geri qaytarmağa davam etmələri ilk növbədə Sizin uğurunuzdur. Tarix yazan və hər birimiz üçün tezis olan çıxışlarınız xalqımızın daha da ruhlanmasına, ordumuza və dövlətimizə inamın daha da artmasına səbəb olmuşdur.
Cənab Prezident, Allah Sizi və ordumuzu qorusun. Yaşasın Azərbaycan! Qarabağ Azərbaycandır!
Hörmətlə,
Zaur Əliyev
Azərbaycan Respublikası, Zərdab şəhəri.